“Ermənistan orta əsrlər qaydası ilə hərəkət edirsə, etimaddan danışmaq olmaz”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycanı və Ermənistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə mühüm töhfə kimi etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırması diplomatik çağırışdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bu çağırışlar hələ ki nəticəsiz qalıb: “Etimadın doğrulması üçün, ilk növbədə, Ermənistan beynəlxalq hüquq normalarını tanımalı, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Bunlara işğalçı dövlət tərəfindən əməl edilmir. Hansısa bir dövlət orta əsrlər qaydası ilə hərəkət etmək istəyirsə, burada etimaddan danışmaq olmaz”.

A.Mirzəzadə əlavə edib ki, sonuncu danışıqlardan sonra həmsədrlərin regiona səfər etmək və irəli sürülən təkliflərin nəticəsi barədə tərəflərdən mövqe öyrənmək niyyəti danışıqları intensivləşdirmək yolunda atılan addımlardır: “Problemin həllində ən düzgün yol danışıqlar yoludur. Ermənistan danışıqlara konstruktiv yanaşmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi çərçivəsində Polşanın Krakov şəhərində görüşü olub. XİN rəhbərləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp