DAA Moskvada toplanmağa qərar verdi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünya Azərbaycanlıları Assambleyası (DAA) İdarə Heyətinin iclası keçirilib. İclasda DAA İdarə Heyəti üzvlərinin və təmsilçiliklərinin 2018-ci il martın 24-də Rusiya Federasiyanın paytaxtı Moskvada canlı şəkildə görüşməsi barədə qərar qəbul edilib.

DAA-dan Milli.Az-a verilən məlumata görə, toplantının əsas məqsədi Assambeyanın fəaliyyətinin gücləndirilməsi, onun fəaliyyət proqramının hazırlanması, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təmsilçiliklərindəki mövcud durumu müzakirə etmək, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi istiqamətində görüləcək işlərlər bağlı qərarlar qəbul etməkdir.

Görüşə dünyanın müxtəlif ölkələrindən qatılacaq olan DAA nümayəndələrinin həmçinin, Moskvada Rusiya hökumət nümayəndələri, media təmsilçiləri, siyasi partiyalar və Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri ilə də görüşlər keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı ilkin razılıqlar da alınıb.

Bundan başqa dünyanın müxtəlif ölkələrindən Rusiyaya təşrif buyuracaq DAA rəhbərliyi Moskvada keçiriləcək Novruz bayramı tədbirlərinə də qatılmağı planlaşdırır.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp