Çimərlikdə faciə: 9 aylıq uşaq həlak oldu, 15 yaralı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Braziliyanın Rio de Janeyro şəhərindəki dünyaca məşhur Kopakabana çimərliyində faciə yaşanıb.

Milli.Az Globo-ya istinadən bildirir ki, yerli sakinlər və turistlər arasında populyar Rua Figueredo de Magalhães bulvarının yaxınlığındakı yolda Hyundai I30-un sükanı arxasında olan 41 yaşlı Antoniu de Almeyda Anaquim qəflətən epileptik tutmaya məruz qalıb. İdarəetməni itirən maşın yoldan çıxıb və bulvara girib. Bulvarda gəzişən insanları əzən maşın qumsallıqda dayanıb.

Maşın 16 nəfəri vurub. Onların arasında atasının qucağında olan 9 aylıq körpə həlak olub.

“Souza Aguiar Hospital”a aparılmış yaralılar arasında 4 uşaq var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çimərlikdə faciə: 9 aylıq uşaq həlak oldu, 15 yaralı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp