“Çelsi”yə transfer qadağası qoyula bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İngiltərənin “Çelsi” futbol klubuna transfer qadağası qoyula bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi 18 yaşı tamam olmamış 25 futbolçunun transferi zamanı qaydalara riayət etməməkdə şübhəli bilinir.

Bildirilir ki, FIFA-nın İntizam Komitəsi hazırda bu məsələ ilə bağlı araşdırma aparır. Lakin “Çelsi” klubu ittihamları qəbul etmir. Londonluların qanuna əməl etmədikləri təsdiqlənərsə, kluba transfer qadağasının qoyulacağı gözlənilir.

Qeyd edək ki, FIFA əvvələr 18 yaşı tamam olmamış futbolçuların transferi zamanı qayda pozuntusuna yol verən İspaniya təmsilçiləri – “Real Madrid”, “Barselona” və “Atletiko”ya qarşı sanksiya tətbiq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp