Brokkoli kələminin tərkibindəki probiotiklər xərçəngin inkişafının qarşısını ala bilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Elm adamları brokkoli kələminin yoğun bağırsaq xərçənginin müalicəsində istifadə oluna biləcəyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sinqapur Milli Universitetində bir qrup alim brokkolidə aşkar edilən xərçəng əleyhinə probiotiklər üzərində araşdırma aparıblar.

Tədqiqat zamanı probiotiklərin xərçəngin inkişafının qarşısını aldığı və yoğun bağırsaq xərçəngi hüceyrələrinin artmasına mane olduğu məlum olub.

Alimlər probiotiklərin içərisinə kiçik bir orqanik molekul olan mirosinaz fermenti yerləşdiriblər. Məlum olub ki, xərçəng əleyhinə qlükozinolatlara uyğun gələn həmin probiotiklər laboratoriya mühitində siçanın və insanın yoğun bağırsaq xərçənginin hüceyrə xətlərinin artmasını 95 faiz əngəlləyir.

Araşdırmanın nəticələri “Nature Biomedical Engineering” dərgisində yayımlanıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp