Braziliyada avtomobil piyadaların üzərinə sürülüb, çox sayda yaralı var
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Braziliyanın Rio-de-Janeyro şəhərində avtomobil insanların üzərinə sürülüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində azı 15 nəfər xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
İnsident yerli vaxtla saat 20:30-da baş verib. İlkin məlumata əsasən, avtomobilin sürücüsü 41 yaşlı Antoniu Almeyda saxlanılıb və bildirib ki, epilepsiyadan əziyyət çəkir.
Milli.Az