Bir qrup konqresmen Trampa çağırış edib



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ konqresinin nümayəndələr palatasının 33 üzvündən ibarət qrup prezident Donald Trampı Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə konqresmenlərin Trampa yazdığı məktubda deyilir.

Məktubda bildirilir: “Şimali Koreya dünyada hərbi səviyyədə informasiya mübadiləmiz olmayan yeganə nüvə ölkəsidir”.

Sənəddə qeyd olunur ki, ABŞ əlindən gələni etməlidir ki, daha böyük münaqişəyə, o cümlədən nüvə müharibəsinə gətirib çıxara bilən anlaşılmazlıq yaranmasın.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp