Bill Geytsin qızı müsəlman Naillə nişanlandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyanın ən zəngin iş adamlarından biri, “Microsoft” korporasiyasının banisi və sahibi Bill Geytsin üç övladı var – Cennifer, Rori və Fibi.

Bill və Melinda Geytslər varidatlarının 99,8 faizini yaratdıqları xeyriyyə fondunun hesablarına keçirdiklərindən, onların övladlarına miras qismində çox pul çatmayacaq.

Milli.Az Forbes-a istinadən bildirir ki, Bill Geytsin dediyinə görə, övladları bu qərarla fəxr edirlər.

Geystlər ailəsinin böyük qızı Cennifer Stenford Universtitenində oxuyur və atçılıq idmanı ilə məşğul olur.

21 yaşlı Cennifer misirli İT mütəxəssis Nail Nəssarla nişanlıdır.

Cennifer Geytsin dediyinə görə, atasının adından istifadə etməyib və bu fikirdə də deyil.

“Atamın varidatında da gözüm yoxdur. Naillə mən ailəmizi özümüz təmin edəcəyik”, – Cennifer Geyts deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp