Belçikada miqrantlar polisə hücum etdilər



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Belçikanın paytaxtı Brüssel yaxınlığında 40-a yaxın qeyri-leqal miqrant polis patruluna hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  polis bölməsinə bir qrup miqrantın yük maşınına daxil olmaq istədiyi barədə zəng daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları ilə miqrantlar arasında iğtişaş yaşanıb. Polis əməkdaşları havaya atəş açmaqla iğtişaşın qarşısını almağa çalışıblar.

İğtişaş nəticəsində iki polis əməkdaşı yüngül xəsarətlər alıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp