“Bakıda yaşasaq da, elə bil ucqar kənddəyik…”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Suraxanı rayonu, 3-cü mədən Atamoğlan Rzayev küçəsinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidir.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya müraciət edən sakinlər bildiriblər ki, hər il qış fəsli gələndə küçəni palçıq əlindən keçmək olmur:

“İllərdir ki, Suraxanı İcra Hakimiyyətinə problem barədə müraciət etmişik. Bir sıra evlərin qarşısındakı yol artıq keçilməz vəziyyətdə olduğu üçün bağlanıb. Paytaxt rayonunda yaşasaq da, elə bil ki, hansısa ucqar dağ kəndində yaşayırıq.

Küçəmizə asfalt çəkmirlər. Vaxtilə imkanı olan ailələr pul toplayaraq küçəyə xır tökdürüblər. İndi həmin xır da çöküb. İcra hakimiyyəti müraciətlərimizə illərdir etinasız yanaşır. Heç küçənin kanalizasiya sistemi yoxdur. Kimin imkanı varsa, o, özünə şəxsi vəsaiti hesabına kanalizasiya sistemi çəkdirib”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp