Bakı metrosunda qatar tuneldə qalıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı metrosunda qatar tuneldə qalıb.

Milli.Az xəbər verir ki, “BAKI Metropoliteni”Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq olub:

“Məcbur sərnişinləri 28 May stansiyasında boşaldıb Nizami stansiyasından qatarı geri depoya göndərdik. Saat 18:45-də. Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyiylə onu xətdən çıxartmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp