Bakı Metropolitenində qatarların hərəkətində ləngimə oldu
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Bakı Metropolitenində tuneldə qalan qatar çıxarılıb və depoya göndərilib. Hadisə nəticəsində qatarların hərəkətində təxminən 15 dəqiqə interval yaranıb.
Metroda qatarların hərəkəti bərpa edilib.
Milli.Az bildirir ki, Bakı Metropoliteninin mətbuat rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi xəbərə görə, ləngiməyə səbəb Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında yaranmış nasazlıq olub.
Məlumata görə, qatarın sərnişinləri “28 May” stansiyasında boşaldılıb, qatar isə Nizami stansiyasından geri depoya göndərilib.
“Təəssüf ki, boş qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxarılması istiqamətində iş görülür”, – deyə N.Paşayev bildirib.
Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Milli.Az