Azərbaycan və Litvanın əməkdaşlıq prioritetləri



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Azərbaycan və Litva nəqliyyat, ərzaq, enerji sahələrində münasibətlərin inkişafı üçün böyük potensiala malikdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Litvanın iqtisadiyyat naziri Virginiyus Sinkyaviçyus deyib.

Nazir vurğulayıb ki, Azərbaycan Litvanın vacib iqtisadi tərəfdaşıdır: “2017-ci ilin sonuna Azərbaycandan Litvaya birbaşa investisiyalar 1,86 milyon avro təşkil edib. Bu vəsaitlər daşınmaz əmlak, ketrinq xidmətləri, eləcə də peşə və akademik fəaliyyət sahələrinə yönəldilib”.

V.Sinkyaviçyusun sözlərinə görə, olduqca əlverişli coğrafi mövqeyi sayəsində Litva nəqliyyat və logistika layihələri üçün cəlbedici məkandır: “Bundan əlavə, Litvanın böyük potensiala malik olduğu və investorlara istehsal və servis şirkətlərinin yaradılması üzrə cəlbedici investisiya paketləri təklif edə bildiyi mühəndislik, elektronika, informasiya və kommunikasiya texnologiyaları, biotexnologiya, elmi-tədqiqat və təcrübi-konstruktor işləri sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur”.

Nazir qeyd edib ki, Litvanın investisiya mühitinin üstünlükləri sırasında yüksək keyfiyyətli istehsal, dərin texniki biliklər və yaxşı təhsilli işçi qüvvəsi yer alır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ildə Litva ilə əmtəə dövriyyəsi təxminən 26,2 milyon dollar təşkil edib. Demək olar ki, bütün əmtəə dövriyyəsinin məbləği Litva məhsullarının idxalının payına düşür. Bir il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 51,8 faiz artıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp