Antonio Banderas məşhur rəssamın rolunda



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“National Geographic”ın çəkdiyi “Dahi” serialının ikinci seriyasından fraqment yayılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, “National Geographic”ın antologiyasının ikinci filmi olan “Dahi”də məşhur ispan rəssamı Pablo Pikassoya həsr olunub. Rəssamı digər tanınmış ispaniyalı aktyor Antonio Banderas canlandıracaq.

Qeyd edək ki, hər iki məşhur – Banderas və Pikasso İspaniyanın Malaqa şəhərindəndir.

Serialın yaradıcılarının fikrincə Banderas təbii seçimdir. Onun aktyor kimi geniş diapazonu, orijinallığı dahi Pikassonun həyatını canlandırmağa kömək edəcək.

Kubizm cərəyanının yaradıcısı olan Pikasso uzun sürən yaradıcılıq həyatında 20 min əsər yaradıb. Ekspertlərin məlumatına görə, əsərləri 100 milyonlarla dollara satılan Pikasso dünyanın ən bahalı rəssamıdır.

Qeyd edək ki, 10 bölümdən ibarət olan birinci film Uolter Ayzekstonun bioqrafiq kitabı əsasında çəkilmiş “Eynşteyn: həyatı və Kainat” filmidir. Eynşteynin kamil dövrünü Ceffri Raş, gənclik vaxtını Conni Flinn canlandırıb.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp