Anasının sevgilisindən olduğunu 47 il sonra bildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İzmirdə iki uşaq anası olan 47 yaşlı Berrin Aşık atası olaraq bildiyi Mehmet Acülün həqiqi atası olmadığını ortaya çıxarıb və anasının məşuqu olmuş istanbullu Halim Bükcüoğlunu məhkəməyə verib. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Berrin Aşık öz atasının illərdir anasının “bir tanışımdır” deyərək tanıtdığı sevgilisi, İstanbulun adlı-sanlı iş adamlarından olan Halim Bükcüoğlu olduğunu öyrənib. 

19 il öncə xərçəngdən ölən atası Mehmet Acülün məzarını açdırıb DNT testi ilə öz atası olmadığını üzə çıxaran Berrin Aşık Bükcüoğlundan 500 min lirəlik təzminat tələb edir. 

Berrinin anası Rezzan Acül ilə Halim Bükcüoğlu işləmək üçün getdikləri Almaniyada tanış olublarmış. Bu gizli sevgidən Berrin dünyaya gəlib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp