Adi soda doğuşda kömək edir



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Liverpul Universiteti (İngiltərə) alimləri sübut edir ki, adi soda məhlulu çətin doğuşlar zamanı qadınlara kömək edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin sözlərinə görə, soda uşaqlığın turşuluğunu neytrallaşdırır və bu da doğuşu asanlaşdırır.

Statistikaya görə, ilk dəfə doğan qadınların təxminən 10%-də doğuş zamanı uşaqlıq normal açılmır. Həkimlər doğuş fəaliyyətini fəallaşdırmaq üçün qadınlara oksitosin yeridir. Lakin 50% hallarda bu, kömək etmir və həkimlər qeysəriyyə kəsiyi əməliyyatına müraciət etməli olur.

Qeysəriyyə kəsiyi əməliyyatı yüksək riskli əməliyyat sayılmasa da, bütün digər əməliyyatlarda olduğu kimi, burada da müəyyən risklər mövcuddur (qanaxma, infeksiya, trombların əmələ gəlməsi).

Həkimlər eksperiment zamanı çətin doğuş keçirən qadınların bir hissəsinə soda məhlulu verirdi, 1 saatdan sonra isə oksitosin yeridirdi, digər qadınlara isə yalnız oksitosin yeridirdi. Nəticədə məlum olub ki, soda məhlulu təbii doğuşların sayını 17% artırır.

Alimlər vurğulayır ki, yeni metod tam ziyansız, ucuz və əlçatandır.

Həmçinin soda məhlulundan istifadə uşağa heç bir mənfi təsir etmir.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp