3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Salyan polisi rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkarlayaraq götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Salyan Polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, Şahbazov Rövşən Nurəddin oğlunun yaşadığı ünvana baxış keçirilən zaman ordan  3,175 kiloqram narkotik maddə olan qurudulmuş marixuana və 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp