16 yaşlı şagirdin sinif yoldaşlarını zorladığının üstü açılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

ABŞ-ın Nevada ştatında yaşayan 16 yaşlı şagird Maysen Meltonun Las Veqasda yerləşən liseydəki 4 sinif yoldaşı qıza 1 il boyunca təcavüz etdiyi ortaya çıxıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, qızları təhdid edərək çılpaq fotolarını da çəkən uşağın ömürlük həbs cəzası alması gözlənilir.

QIZLAR 15-18 YAŞLARINDA

2016-2017-ci təhsil ili boyunca davam edən təcavüzlərdə qurbanların 15 və 18 yaş arasındakı qız uşaqları olduğu açıqlanıb. Keçən çərşənbə günü həbs olunan Melton qızların çılpaq fotolarını çəkib onunla cinsi əlaqədə olmağa davam etməyəcəkləri təqdirdə şəkillərini internetdə yayacağı ilə şantaj edib.

Qızlardan ikisinin intihar etmək istədikləri açıqlanıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp