Əsrin qarşıdurması – “Ferrari” “Tesla”ya rəqib olaçağını açıqladı – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünyanın ən öndə gedən avtomobil istehsalçılarından “Ferrari” elektromobil bazarına girib “Tesla”nın rəqibi olacağını açıqladı.

Milli.Az xəbər verir ki, həm “Ferrari” həm də “Fiat-Chrysler” avtomobil konserninin idarəçisi Serxio Markionne bu açıqlamanı ABŞ-da təşkil olunmuş sərgidə deyib.

Hibrid maşınlar buraxmasına baxmayaraq Markionne elektromobil istehsal etmələrinin tamamilə əssasız olduğunu demişdi. Hətta əksər “Ferrari” müştərilərinin də belə düşündüyünü bildirmişdi.

Lakin Serxio yeni açıqlamasında bu sözlərə yer verib:

Əgər elektrik enerjisi ilə çalışan superkar hazırlanacaqsa, bunu biz edəcəyik.

Tesla“nın noyabr ayında təqdim etdiyi yeni modelin yüksək gücə sahib olması gözlənilir.

Əsrin qarşıdurması -

Elon Mask yeni “Tesla Roadster 2.0” adlı avtomobillərinin 100 km/saata 1,9 saniyədə sürətlənə bildiyini və bu günə qədər kütləvi şəkildə istehsal olunmuş ən sürətli avtomobil olduğunun deyib.

Routers-in məlumatına görə, bütün avtomobil istehsalçıları elektromobillərin inkişafı üçün ümumilikdə 90 milyard dollar sərmayə ayırıb. Bu səbəbdən həmin bazarın önümüzdəki illərdə daha da qızışması gözlənilir.

Adil Nəcəfov

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Əsrin qarşıdurması -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp