Zöhrə Abdullayeva “Bacanaqlar”dan niyə getdi?
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Əməkdar artist Zöhrə Abdullayeva “Bacanaqlar” serialından ayrılıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni artıq bir neçə bölümdür ki, ekran işində görünmür.
“Bacanaqlar”ın prodüseri, aktyor Elməddin Cəfərov əməkdaşımızla söhbətində bildirib ki, Z.Abdullayeva öz istəyi ilə serialdan gedib:
“Keçən mövsümdən getmək istədiyini demişdi. Azərbaycandan köçmək istəyirdi. Hətta arada tez-tez başqa ölkəyə gedib-gəlirdi. Biz də ona görə bu mövsüm nəzərə aldıq və ssenaridən çıxardıq. Deyəsən, heç ölkədən də getməyib. Aramızda heç bir inciklik olmayıb, böyüyümüzdür, hörmət edirik”.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində