Windows 10 nə qədər yayılıb?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“NetMarketShare” servisinin məlumatına görə, “Windows 10” platforması qlobal əməliyyat sistemləri (ƏS) bazarının 33%-nə nəzarət edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlərin məlumatına görə, 2017-ci ilin dekabrında “Windows 10” əməliyyat sistemi dünyadakı masaüstü kompüter və noutbukların 32,9%-nə quraşdırılıb ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 1% yüksəkdir. Bu müddət ərzində “Windows 7” sisteminin bazar payı dəyişməyərək təxminən 43% təşkil edib.

5,71% bazar göstəricisinə malik “Windows 8.1” platforması qlobal ƏS bazarında üçüncü yerdə qərarlaşıb.

2017-ci ilin noyabrında “Microsoft” korporasiyası məlumat verib ki, “Windows 10” sistemi 600 milyon qurğuya quraşdırılıb. “Windows 10” əməliyyat sistemi 2015-ci il iyulun sonunda təqdim edilib. İlk gündə sözügedən ƏS 14 milyon, 3 həftə sonra isə 53 milyon kompüterə quraşdırılıb. 2016-cı ilin sentyabrında bu göstərici 400 milyon olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp