WhatsApp şübhəli mesajları qadağan edəcək



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Messencerdə sınaqdan keçirilən yeni funksiya istifadəçilər tərəfindən bir-birinə göndərilən spam, virus və saxta mesajların yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçilərə mesajı göndərmə və ya qəbul etmə zamanı həmin mesajın artıq dəfələrlə yönləndirilməsi ilə bağlı xəbərdarlıq ediləcək. Söhbət, həmçinin “WhatApp” messencerinin digər istifadəçilərini mesajı öz kontaktındakı bütün şəxslərə göndərməyə vadar edən mesajlardan gedir: “Rayonda dabaq epidemiyası tüğyan edir, təcili hər kəsi xəbərdar edin”. Panikaya düşmüş insanlar belə saxta mesajları digər istifadəçilərə də göndərirlər.

“WhatsApp” messenceri vasitəsilə ildırım sürətilə yayılan belə saxta mesajlar ciddi təhlükə yarada bilər. Məsələn, Hindistanda iğtişaşlara səbəb olmuş belə saxta mesajlar nəticəsində xəsarət alan və ölənlər olub. Başqa bir  ölkədə saxta mesajlar peyvənddən kütləvi imtinaya səbəb olub. “WhatsApp” messencerinə sahib “Facebook” şirkəti saxta mesajların aşkar edilməsi problem ilə ciddi məşğul olmağa başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp