Vəkil baş örtüyünə görə məhkəmə zalından çıxarıldı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İtaliyanın Bolonya şəhərdəki hakim başı bağlı mərakeş əsilli vəkil Esma Belfakiri məhkəmə zalında çıxardıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın AGI agentliyi məlumat yayıb.

Məlumata əsasən, hakim Giankarlo Mozzarelli 25 yaşlı vəkildən başını açmasını, yaxud da zaldan çıxmasını istəyib. Baş örtüyünü çıxarmağı rədd edən Esma məhkəmə salonunu tərk edib.

“Daha əvvəl belə halla qarşılaşmamışam. Onlarla məhkəmədə iştirak etmişəm, kimsə bunu məndən istəməyib”, – deyə E.Belfakir vurğulayıb.

Onun sözlərinə görə, hakim zaldan çıxan zaman “bu mədəniyyətimizə və adətlərimizə hörmətlə əlaqəlidir”, – deyə bildirib.

Sosial media istifadəçiləri isə fərqli mədəniyyətə və inanclara sahib insanlara hörmət edilməməsini tənqid ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp