Ürək üçün ən faydalı yağ müəyyən edildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.

 

Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.

 

4 həftədən sonra zeytun yağını istehlak edən qrupda “pis” xolesterolun səviyyəsi bir qədər azalıb, “yaxşı” xolesterolun səviyyəsi isə 5% artıb.

 

Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.

 

Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp