Suraxanıda dəmir yolunda yeniyetməni cərəyan vurdu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Suraxanıda dəmir yolu xətti üzərində dayanan yeniyetməni cərəyan vurub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində xəsarət alıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Halsız vəziyyətdə olan vətəndaş xilasedicilərin köməkliyi ilə aşağı endirilib və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib. Əməliyyat başa çatıb.​

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp