Sosial müavinətlərin verilməsində DƏYİŞİKLİK – Nazirdən ŞAD XƏBƏR



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəaların yer aldığı qanun layihəsi Milli Məclisə təqdim edilib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, yerlərdə maddi-məişət şəraitinin yoxlanılması yenidən bərpa edilib.

“Əlillərin sosial müdafiəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, layihədə əlillərin həm sosial müdafiəsi, həm tibbi reabilitasiyası, həm də hüquqlarının qorunması ilə bağlı müddəalar öz əksini tapacaq.

Səlim Müslümov ünvanlı sosial yardımların təyinindəki dəyişikliyə də toxunub. O, qeyd edib ki, sosial müavinətlər 2016-cı il fevralın 15-dən etibarən avtomatlaşdırılmış sistemlə təyin edilir. Hazırda 80 minə yaxın sakin ünvanlı sosial yardımı bu üsulla alır. Nazir deyib ki, avtomatlaşdırılmış sistem istifadəyə verilən yerlərdə maddi-məişət şəraitinin yoxlanılması aradan qaldırılmışdı. Lakin, Hesablama Palatası yerlərdə yoxlamalar aparıb və bəzi səbəblərdən maddi-məişət şəraitinin yoxlanılması bərpa edilib.

Nazir tərkibində əmək qabiliyyətli şəxslər olan ailələrə səslənərək məsləhət görüb ki, həmin insanlar Məşğulluq Mərkəzlərinə müraciət edərək özünəməşğulluq proramlarına cəlb olunsunlar. Bu məqsədlə dövlət tərəfindən 35,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp