Səslə idarə olunan televizor göstərildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çinin “Xiaomi” şirkəti “Mi TV 4A” televizorunun 50 düymlük yeni modelini təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni model “4K” (3840×2160 piksel) təsvir ölçüsünü və “HDR10+ HLG” standartını dəstəkləyir. Televizora, həmçinin  “Dolby Audio” və “dtsHD” stereodinamikləri quraşdırılıb.

Məsafədən idarəetmə pultu səsli daxiletmə funksiyasını dəstəkləyir. Bu, “Smart TV” proqramlarını daha asan idarə etməyə imkan verir.

“Mi TV 4A” televizoru 3 “HDMI” və 2 “USB” portuna malikdir, “Ethernet”, “Bluetooth 4.2”, 2 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib. Televizorda “beyin” rolunu dördnüvəli “Amlogic L962” prosessoru həyata keçirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp