Səidənin “Evdə qarıyaram, ona ərə getmərəm” dediyi Elarizə Elzadan GÖZLƏNİLMƏZ TƏKLİF



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dünən ARB-də verilişlərdən birində qonaq olan Elariz Məmmədoğlu “Hədiyyə et özünü” adlı mahnısını ifa etdikdən sonra maraqlı təkliflə qarşılaşıb.

Milli.Az xəbər verir ki, verilişin digər qonağı əməkdar artist Elza Seyidcahan kişi həmkarına mahnısını çox bəyəndiyini bildirib.

Elza Elarizə “hədiyyən olaram” deyib:

“Gözəl klip çək buna. Mən sənin üçün klipində hədiyyə rolu oynaya bilərəm. Yəni, hədiyyən ola bilərəm. Klipində hədiyyən ola bilərəm”. 

Xatırladaq ki, Səidə Sultan bu yaxınlarda verilişlərdən birində “Ölərəm, qarıyaram Elarizə ərə getmərəm” demişdi.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp