Rəhmətə gedən şəxsin ailəsi cəsədi götürmək üçün morqa girəndə ŞOKA DÜŞDÜ



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İstanbulda qəfl halı pisləşən şəxs xəstəxanaya çatdırılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, tənəffüs və ürək döyüntüsünün olmadığını görən həkimlər, 40 dəqiqə “canlandırma” əməliyyatı həyata keçirsələr də, nəticəsiz qalıb. Səhər 11:00-da “öldü” deyə qeyd edilən xəstə, morqa aparılıb.

14:30-da cənazəni götürmək üçün morqa gedən yaxınları “ölü”nün nəfəs aldığını görüblər. Xəstə dərhal reanimasiyaya götürülüb. Lakin 10 gün sonra, həqiqətən, dünyasını dəyişib.

Mərhumun ailəsi xəstəxana səlahiyyətlilərindən hüquq-mühafizə orqanlarına şikayət edib. 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp