Qeyri-neft məhsullarının ixracı 24 faiz artıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

2016-cı illə müqayisədə ötən il qeyri-neft məhsullarının ixracı 24 faiz artıb. Xarici ölkələrə 1,5 milyard dollardan çox məhsul satılıb. İxrac edilən məhsulların həcmi ilə yanaşı çeşidi də artıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ildən-ilə Azərbaycandan ixrac edilən qeyri-neft məhsullarının həcmi artır. 2017-ci ilin statistikası bunu bir daha sübut edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin departament rəhbəri Ramil Hüseynin sözlərinə görə ixrac edilən qeyri-neft məhsulları arasında aqrar məhsullar daha çox üstünlük təşkil edir. Təsadüfi deyil ki, meyvə-tərəvəz ixracı 35 faiz artıb.

Ramil Hüseyn qeyd edib ki, qeyri-neft məhsullarının həcminin genişlənməsi sahibkarların stimullaşdırılması ilə bağlıdır. Xüsusilə xarici ölkələrə ixrac missiyalarının təşkili, maarifləndirmə işlərinin aparılması ixracın artmasına şərait yaradıb.

Araşdırmalar göstərir ki, məhsullarımız daha çox rusiya bazarına ixrac edilir. Qarşıdakı illərdə xarici bazarların əhatə dairəsinin genişlənməsi hədəflənir

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Qeyri-neft məhsullarının ixracı 24 faiz artıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp