Qazaxıstanda faciə: 52 sərnişin diri-diri yandı – YENİLƏNİB – VİDEO
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
11:27
Qazaxıstanda sərnişin avtobusu yanıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.
“İkarus” markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.
Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.
Yanğının baş vermə səbəbləri araşdırılır.
———-
11:16
Qazaxıstanda faciəvi hadisə baş verib.
Milli.Az Röyter-ə istinadla xəbər verir ki, Aktau şəhərində sərnişin avtobusu yanıb.
İlkin məlumata görə, avtobusda olan 57 sərnişindən, sadəcə, 5-i xilas ola bilib. 52 nəfər yanaraq can verib.
Bəxtiyar Umarlı
Milli.Az