“”Qarabağ” yüksək səviyyəli komandadır”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Matçdan sonra təəssüratlar yalnız müsbətdir. Qələbə qazana bilmədiyimiz üçün kiçik məyusluq var. Bu, təlim-məşq toplanışında ilk yoxlama oyunumuz idi. 90 dəqiqə oynadığım üçün sevinirəm. Fiziki baxımdan hiss olunmurdu ki, toplanışın 6-cı günündəyik. Komanda şəklində mübarizə apardıq. “Kuban” formasını geyinən oyunçuların hər birinin gözləri yanırdı. Bu, çox şeydən xəbər verir. Xüsusilə nəzərə alaq ki, stress altında idik”.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Kuban”ın futbolçusu Nikita Malyarov “Qarabağ”la yoxlama oyunu (2:2) barədə fikirlərini bildirərkən deyib.

Sözügedən matçda dubla imza atan 29 yaşlı yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşları olmasaydı, 2 qol vura bilməzdi:  “Karyeram ərzində neçənci dubl olduğunu xatırlamıram. Amma “Kuban”da ikinci dəfədir dubla imza atıram. Hamı qollara görə məni təbrik etdi. Əlbəttə ki, komanda yoldaşlarım olmasaydı, bunu bacarmazdım. Buna görə hər kəsə təşəkkür düşür. İkinci qolda penalti zərbəsindən əvvəl İqor Konovalovla birlikdə topa yaxınlaşdıq. Amma yekunda zərbəni mənim vurmağım məqsədəuyğun bilindi. Hesabda öndə olub, yekunda qələbə qazanmamaq hər zaman üzücüdür. Xüsusən də, ikinci hissədə pis çıxış etmədik və fədakarlıq göstərdik. Təəssüf ki, son dəqiqələrdə cərimə zərbəsindən vurduğum top qapı tirinə tuş gəldi. Qələbə qazana bilərdik”.

N. Malyarov “Qarabağ”ın  yüksək keyfiyyətə malik komanda olduğunu söyləyib: “Rəqib sürətli, kombinasiyalı futbol nümayiş etdirir. Bu da mənim ürəyimcədir. Onlar Çempionlar Liqasında  “Çelsi”, “Roma” və “Atletiko” kimi Avropanın top klublarına qarşı mübarizə aparıblar. Belə rəqiblə yoxlama görüşü keçirmək hər zaman faydalıdır və usta futbolçulara qarşı gücünüzü yoxlamaq imkanı qazanırsınız. Güclü rəqiblə qarşılaşdıq və bu, əlavə yüklənməyə səbəb oldu. Təbii ki, müəyyən yorğunluq var ki, bu da normaldır. Mən öz hazırlığımı 60 faiz qiymətləndirərdim. Hələ də işləmək lazımdır”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp