Peskov azərbaycanlı jurnalistə Putin barədə danışdı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya” kanalının “Fəaliyyətdə olan şəxslər” verilişinin aparıcısı Nailə Əsgərzadəyə müsahibə verib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müsahibə tam şəkildə yanvarın 21-də nümayiş etdiriləcək. “Rossiya” kanalının efirində göstərilən anonsda Kremlin mətbuat xidməti rəhbərinin bir sıra suallara cavabları açıqlanıb.

Prezident Vladimir Putinin nəyi sevmədiyi barədə suala D.Peskov “Yalanı və qeyri-peşəkarlığı”, deyə cavab verib. Rusiya liderinin mətbuat katibi bu ilin mart ayında keçiriləcək prezident seçkilərindən sonra karyerasının necə dəyişə biləcəyi barədə hələ düşünmədiyini söyləyib: “Bilmirəm. Düzünü deyim ki, mən bu barədə hələ düşünməmişəm”.

“Rossiya” telekanalında “Fəaliyyətdə olan şəxslər” verilişində aparıcı – “Vesti” proqramının iqtisadi məsələlər üzrə şərhçisi Nailə Əsgərzadənin Rusiyanın tanınmış siyasət və biznes nümayəndələri ilə məxsusi müsahibələri yayımlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp