Paytaxt sakinləri pullarını nəyə xəcləyirlər? – SORĞU
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Pul qazanmaq çətin işdir. Amma o pulu düzgün xərcləmək də hər insanın işi deyil. Bəs paytaxt əhlinin qazancı nəyə “gedir”?
“ACT Azərbaycan” bunu öyrənməyə çalışıb. Milli.Az sorğunun nəticələrini təqdim edir:
Rəyi öyrənilmiş Bakı sakinləri bir ay ərzində pulunu aşağıdakı nisbətdə xərcləyir :
Ərzaq – 61 %
Övlad – 11 %
Geyim – 9 %
Nəqliyyat – 4 %
Kommunal ödənişlər – 3 %
İstirahət – 2 %
Danışıq balansı – 2 %
Təhsil – 2 %
Maraqlı məqam xərclərin yaş kateqoriyalarına görə fərqlənməsidir. Məsələn, pulunu, əsasən, ərzağa verənlər orta və yaşlı nəslin nümayəndələridir (45 və yuxarı yaş aralığı). 25-34 yaş kateqoriyasına daxil olan respondentlər pullarını daha çox övladlarına xərcləyir (26 %). Kommunal xərcləri gəlirlərinin qənimi sayanlar yaşlı nəslin nümayəndələridir (55-64 yaş aralığı). Gənclər isə (18-24 yaş aralığı) pullarını, əsasən, geyimə xərcləyir (25 %).
Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
Milli.Az