“Ona görə də ekran işində özüm az göründüm” – Rüfət Axundov



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“Artıq bir neçə aydır ki, klip üzərində hazırlıqlar gedir. Nəhayət ki, Nail Naiboğlu mənim ipimi oğurladı və klipi çəkməyə başladıq. Mahnının söz və musiqis Sədi qardaşımındır. O, bizim aramızda “Tin uşaqları” kimi tanınır. Mahnının aranjimanı isə Cavid Rəcəboğluna məxsusdur”.

Milli.Az xəbər verir ki, bu sözləri “ARB Ulduz”un “Virtual həyat” proqramına açıqlaması zamanı müğənni Rüfət Axundov deyib.

Yeni klipindən söz açan müğənni görüntülərinin az olmasından danışdı:

“İstədim ki, bu dəfə özümü məhz bu yöndə sınayım. Klip əxlaqi-tərbiyəvi mövzudadır. Klipdə bir gəncin başına iş gəlir, illər keçir artıq ağsaqqaldır. O dərk edir ki, insan səhv edəndə də səhvdən düzlüyə qayıtmalıdır. Klipdə bunu əks etdirmək istədik. Ona görə də ekran işində özüm az göründüm”.

Rüfət Axundovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp