Niderland və Belçikada qasırğa 4 nəfəri öldürdü
Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,
Niderland və Belçikada gecə saatlarından başlayan güclü küləklə müşayiət olunan qasırğa ciddi fəsadlara və insan tələfatına yol açıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qasırğa nəticəsində 4 nəfərin həlak olduğu təsdiqlənib.
Məlumata görə, Niderlandda 3 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb. Bir nəfər isə Belçikada təbiət hadisəsinin qurbanı olub.
Proqnozlara əsasən, qasırğa bu gün axşam saatlarınadək davam edəcək.
Milli.Az