Namus cinayətinə görə həbsdə yatan gəncin müəmmalı qətli



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Hadisə yanvar ayının 15-də gecə saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Abdullayev Osman Fazil oğlunun meyiti avtomagistralın kənarında tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. Cinayət baş verən ərazidən “Makarov” tipli tapançanın 4 gilizi tapılıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə aparılıb və 26 yaşlı gəncin başından 1 güllə ilə qətlə yetirildiyi məlum olub. 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalar zamanı Osman Abdullayevin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub. 

Belə ki, Osman Abdullayev 2008-ci ilin fevral ayının 20-də,  16 yaşı olan zaman Gəncə şəhərində 1984-cü il təvəllüdlü Goranboy rayon sakini olan Tural adlı şəxsi qətlə yetirib və 5 il məhkumluq həyatı yaşayıb. Həmin vaxt Osman Turalı bacısına sataşdığına görə qətlə yetirib. 2013-cü ildə həbsdən azad olunan Osman heç bir işlə məşğul olmayıb.

İlkin ehtimallara görə, Yasamal rayonu Alatava qəsəbəsində yaşayan Osman hadisə baş verən gün Qaradağada “söhbət xırdalamağa” gedib. 

Hazırda Qaradağ RPİ-nin əməliyyatçıları tərəfindən O.Abdullayevi qətlə yetirən şəxs və ya şəxslərin axtarışları aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp