Müəllimlərin maaşı ARTIRILDI – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışanların maaşı artırılıb. Maaş artımı kimlərə şamil ediləcək? “XəzərXəbər”in suallarına Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev cavab verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, peşə məktəblərində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü və maaşları artırılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin sözlərinə görə, artım ilk mərhələdə Bakı, Gəncə və Qəbələ şəhərlərində yerləşən rasionallaşdırılmış 14 peşə təhsili mərkəzlərində çalışan və diaqnostik qiymətləndirmədən keçənlərə şamil olunacaq.

Bu günə qədər ilk peşə məktəblərində 1200 nəfər diaqnostik qiymətləndirmədən keçib. Nazirlər Kabinetinə bu işçilərin maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etmək tapşırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Müəllimlərin maaşı ARTIRILDI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp