Milyonçular üçün ən sürətli tank satılır – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Ripsaw EV3-F1-i “tank” adlandırırlar. Halbuki bu tırtıllı, sürətli nəqliyyat vasitəsini tanka bənzədən, sadəcə, iki ünsürdür: tırtıllar və 1500 at güclü mühərrik.

Milli.Az bildirir ki, Ripsaw EV3-F1 sürətli idman nəqliyyat vasitəsidir.

O, adrenalin və drayv həvəskarı olan pullu şəxslər üçün nəzərdə tutulub.

“Mini-tank”ın vuran ürəyi 1500 at gücündəki Hellcat mühərrikidir.

Ripsaw EV3-F1-in istehsalçısı olan Howe & Howe şirkəti 2,4 metr uzunluqda, 3315 kq çəkidəki nəqliyyat vasitəsini “aktiv istirahət üçün bir yerli tank platforması” adlandırır.

Mini-tankda gedişin ekstremal olduğunu nəzərə alan istehsalçı Ripsaw EV3-F1-i təhlükəsizlik kəmərləri və daha çox reaktiv qırıcı kabininə bənzəyən kabinlə təchiz edib.

Ripsaw EV3-F1-in minimal satış qiyməti 500 min dollardır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Milyonçular üçün ən sürətli tank satılır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp