Merсedes və KamAZ toqquşdu: sürücü ağır yaralandı



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bakı-Qazax magistralında minik maşını yük maşını ilə toqquşub, sürücü xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində avtoqəza baş verib. Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 1984-ci il təvəllüdlü Nuruşov Usubəli Azad oğlunun idarə etdiyi “Merсedes” markalı 99 FN 649 dövlət nömrə nişanlı avtomobil “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “Merсedes” markalı avtomobilin sürücüsü ağır xəsarətlərlə Şirvan mərkəzi şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

“KamAZ” markalı avtomobilin sürücüsü avtomobillə hadisə yerindən qaçıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aprılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp