Külək İstanbulda dalğaları 4 metrədək qaldırdı, İzmiri “qarışdırdı”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Artıq dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsinin qərarı ilə ötən gün olduğu kimi bu gün də qeyri-sabit hava şəraiti ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb.

Bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək nəticəsində İstanbul sahillərində dalğaların hündürlüyünün 4 metrdən yüksək olduğu bildirilib.

Eyni zamanda Türkiyənin İzmir şəhərində qeyri-sabit hava şəraiti hökm sürür. Burada güclü küləyın şəhərin sahillərində fəsadlara yol açdığı bildirilir.

Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında həftə sonuna qədər davam edəcək.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp