İsrail fələstinlilərə qarşı əməliyyat keçirir, ölən və yaralananlar var



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

İsrailin güc strukturları İordan çayının qərb sahilindəki Cenin şəhərində fələstinlilərdən ibarət silahlı qruplaşmaya qarşı əməliyyat keçirir.

Milli.Az “Report”a istinadən bildirir ki, bu barədə sərhəd polisi məlumat yayıb.

Yerli KİV ehtimal edir ki, gecə əməliyyatının keçirilməsində məqsəd ötən həftə yəhudi ruhanisinin – ravvininin öldürülməsi cinayətinin iştirakçılarının zərərsizləşdirilməsindən ibarətdir.

“Təhlükəsizlik qüvvələrinin Cenində keçirdiyi əməliyyatın gedişində qruplaşma ilə silahlı qarşıdurma olub. Xəsarət alanlar var”, – deyə məlumatda bildirilir.

Qeyd edilir ki, İsrail ordusu və xüsusi xidmət orqanları bir həftədən çoxdur Raziel Şevaxın avtomobilini atəşə tutan silahlıları axtarır. Atəş nəticəsində güllə yarası almış ravvin xəstəxanada ölüb.

İsrailin “Kan” radiostansiyası isə əməliyyat zamanı ravvinin öldürülməsində iştirak etmiş fələstinlinin zərərsizləşdirildiyini bildirib. Radiostansiyanın məlumatına görə, əməliyyatın gedişi zamanı şəhərdə baş vermiş atışma zamanı 1 fələstinli öldürülüb, daha 1 nəfər saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp