İş adamına və “Riyad”ın əməkdaşlarına hökm oxundu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Binəqdi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən iş adamı Azadxan Xanməmmədov və “Riyad” Mühafizə Xidmətinin əməkdaşları – Emin İsgəndərov, Savalan Məhərrəmov, Məzahir Qurbanov, Əvəz Ağayev, Yadigar Əliyev, Ramin Hüseynov, Murad Məmmədov, Rafiq Vəliyev, Elvir Vəliyev və Təbriz Musayevə hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rəşad Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Xanməmmədov 3 il, E.İsgəndərov 4 il, S.Məhərrəmov və M.Qurbanov 2 il müddətinə azadlıqdan məhrum edilib.  Digər mühafizəçilər 2 il müddətinə islah işlərinə təhkim olunublar.

İki il cəza alan mühafizəçilər istintaq zamanı azadlıqda olduqları üçün məhkəmə zalında həbs ediliblər.

Qeyd edək ki, iyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarıblar. Mühafizəçilərin iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun tapşırığı ilə mağazaya hücum etdiyi bildirilir.

Məlumata görə, 2 il əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. İndi isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxslərdən iş adamı A.Xanməmmədov, mühafizəçilər E.İsgəndərov, S.Məhərrəmov və M.Qurbanov barəsində həbs qərarı verilib, digərləri isə polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar.

Eyni zamanda A.Xanməmmədov mağazanı 1.5 milyon manata satması, lakin sənədləri rəsmiləşdirməkdən imtina etdiyi üçün market rəhbərliyi tərəfindən onun AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp