İnsandan yaxşı oxuyan alqoritm yaradılıb



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Çinin “Alibaba” şirkəti oxunulan mətnin başa düşülməsi testində insan göstəricilərini üstələyən süni intellekt sistemi yaradıb. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, söhbət “Wikipedia” ensiklopediyasının 500-dən çox məqaləsi əsasında tərtib edilən 100-dən çox sualın daxil olduğu Stenford Universitetinin hazırladığı testdən gedir. Bununla yanaşı, sualların cavabları məqalə mətnlərində həm birbaşa, həm də nəticə şəklində olub.

 

Testin yekunu üzrə “Alibaba” tərəfindən yaradılan alqoritm 82,44 bal topladığı halda insanın sınaqdan keçmə nəticəsi 82,304 təşkil edib. Həmçinin qeyd olunur ki, “Microsoft” korporasiyası tərəfindən hazırlanan daha mükəmməl süni intellekt sınaqda 82,65 bal toplayıb, lakin nəticə “Alibaba” alqoritminin göstəricisindən bir gün sonra təsdiq edilib ki, bu da onu insanı geridə qoyan ilk alqoritm hesab etməyə imkan verir.

 

“Alibaba” layihəsi iştirakçısının sözlərinə görə, istifadə edilən texnologiya müxtəlif proqramlarda, o cümlədən müştəri xidmətlərində, muzey bələdçiləri və ya tibbi məsləhətlər servislərində istifadə oluna bilər.

 

Xatırladaq ki, ötən yay Çin hökuməti 2025-ci ilədək ölkə iqtisadiyyatına 60 milyard dollar məbləğində illik qazanc gətirəcək süni intellekt sənayesi yaratmaq niyyətində olmasını bəyan edib. 2030-cu ilədək Çin Xalq Respublikasının bu sahədə dünya lideri olacağı gözlənilir. 2017-ci ilin dekabrında “Google” şirkətinin Pekində süni intellektin tədqiqi üzrə mərkəz açacağı məlum olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp