HTC U11 EYEs smartfonu təqdim olundu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

“HTC” şirkəti “U11” seriyasına məxsus yeni smartfonunu təqdim edib. Orta səviyyəli “HTC U11 EYEs” adlı model indi dəbdə olan çərçivəsiz dizayna malikdir, smartfonu sıxmaqla idarə etməyə imkan verən “Edge Sense” sensor kənarı, həmçinin ikiqat “selfi” kamera ilə təchiz edilib. 

Milli.Az ICTnews-a istinadən bildirir ki, “HTC U11 EYEs” smartfonu “Full HD+” (2160×1080 piksel) təsvir ölçülü 6 düymlük “Super LCD3” ekran, barmaq izlərinin skaneri, 5+5 meqapiksellik ikiqat ön kamera və 12 meqapiksellik əsas “UltraPixel 3” kamerası ilə təchiz edilib. Bundan başqa, smartfon “Qualcomm Snapdragon 652” prosessoru, 4 QB-lıq əməli yaddaş və 64 QB-lıq fləş yaddaş (“microSD” formatlı kartların köməyi ilə daxili yaddaşı artırmaq mümkündür) ilə təchiz edilib.

 

“Qualcomm Quick Charge 3.0” sürətli enerjidoldurma texnologiyasına malik akkumulyatorun tutumu 3930 milliamper/saat təşkil edir. “USB Type-C” portu akkumulyatora enerji doldurmaq üçün istifadə olunur. 2 ədəd SİM kart dəstəklənir, “4G LTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 4.2”, “GPS” və “QLONASS” kommunikasiya vasitələri əlçatandır.

 

Smartfon “HTC Sense UI” interfeysinə malik “Android 7.1.2 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğu, həmçinin “IP67” standartı üzrə su və toza qarşı dayanıqlıdır. Smartfonun ölçüləri 157,9×74,99×8,5 mm, çəkisi 185 qram təşkil edir. Qara, mavi və qırmızı rəngli korpuslarda əlçatandır. 1 fevral 2018-ci ildən “HTC U11 EYEs” smartfonunun satışına başlanılacaq, hələ ki 504 ABŞ dollarına bu smartfonu ilkin sifariş etmək mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp