Hamamın suyu kanalizasiya yolu ilə axırsa, orada dəstəmaz və qüsl almaq olarmı?



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dəstəmaz və qüsl suyunun vacib şərtləri risalələrdə şərh edilib. Məsələn, su təmiz (qarışıqsız) olmalı, qəsbi olmamalıdır. Dəstəmaz və qüsl suyunun çirkin ya nəcis su ilə birlikdə axıdılması günah deyil. Dəstəmaz və qüsl zamanı bədəndən ayrılan su hər hansı vasitə ilə axıb getsə, icazəlidir. Dəstəmaz və qüslün düzgünlüyünə bunun aidiyyatı yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, doğrudur, bəzi şəriət kitablarında (o cümlədən, mərhum Şeyx Bəhainin “Cameyi-Abbasi” risaləsində) dəstəmaz suyunun ayaqyolu xəttindən ayrı axıdılması və nəcasətə qarışmaması müstəhəb sayılıb. Lakin deyildiyi kimi, həmin kitabda bu şərt vacib yox, bəyənilən (müstəhəb) hökmündədir. Əgər şərait və imkan varsa, dəstəmaz suyunu pak yerə axıtmaq və ya yığıb təmiz yerə boşaltmaq daha yaxşı olar. Lakin həmin suyun ayaqyolu xətti ilə və ya başqa yollarla axıdılmasının günahı yoxdur; bu baş verərsə, dəstəmaz və qüsl batil olmur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp