Fədayə Laçının ailəsindən üzücü xəbər: “Bacısı həbs olunandan sonra…”



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Müğənni Manaf Ağayevin “Hər şey daxil” verilişində qonaq olarkən həbsdə olan müğənni Fədayə Laçınla bağlı açıqlama verib. Onun ailəsinin kirayədə qaldığını və maddi cəhətdən əziyyət çəkdiyini bildirib.

Məsələ ilə bağlı İlahə Fədayla əlaqə saxladıq. O saytımıza açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib.

Milli.Az xəbər verir ki, Fədayə Laçının vəkili Türkel Süleymanlı yenicag.az-a açıqlamasında həbsdə olan müğənninin ailəsinin maddi durumunun həqiqətən də ağır olduğunu bildirib:

“Bilirəm ki, Fədayə Laçının ailəsi kirayədə yaşayır. Maddi durumları çox ağırdır, hətta kommunal xərcləri belə ödəyə bilmirlər. Fədayə xanımın anasının da sağlıq durumunda problemlər var. Evdə yalnız İlahə Fəda işləyidi. O, restoranlarda şou-proqramlarda çıxış edib, ailəsinə kömək edirdi. Bacısı həbs olunandan sonra onu da restoranlardan, şadlıq evlərindən uzaqlaşdırıblar. Deyirlər ki, bizə problemli adam lazım deyil. Bu düzgün hərəkət deyil. Sonra da deyirik ki, biz “əltutan”, xeyirxah xalqıq. Bu ailənin maddi durumu çox ağırdır və onlara əsaslı şəkildə kömək edən yoxdur”.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp