“Dövlət qulluğu” jurnalının 3-cü nömrəsi nəşr olundu



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının 3-cü nömrəsini çap edib.

Milli.Az xəbər verir ki, bu nömrədə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi qaydası”, “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının ümumi şərtləri”, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydaları”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test və sınaq imtahanlarında bilik sahələri üzrə istifadə olunan test tapşırıqlarının müqayisəsinə aid nümunələr”, “Dövlət qulluğunda inzibati vəzifələrin B növü (inzibati icraçı vəzifələr) üzrə 17.12.2017-ci il tarixdə keçirilmiş test imtahanına dair statistik məlumatlar”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri məlumatlar dərc olunub.

Jurnalı aşağıdakı keçiddə qeyd olunan ünvanlardan əldə edə bilərsiniz: http://www.abiturient.az/index.php?status=elaqe&lang=az 

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp