Cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verildi



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Bu gün Sərhədçi İdman Olimpiya Kompleksində 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə start verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, iki gün davam edəcək paytaxt birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparacaq.

Yarışın ilk günü qızlar arasında bütün çəki dərəcələrində (44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq və +78 kq) qaliblər müəyyənləşəcək. Oğlanların mübarizəsində isə 55 kq, 66 kq və 81 kq çəki dərəcələrində yarışan cüdoçular medallar uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, yanvarın 19-da Bakı şəhər açıq birinciliyində oğlanların yarışında 60 kq, 73 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində cüdoçular qüvvəsini sınayacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp