Çay ağacı yağının dəriyə faydaları



Musteqil.az İnformasiya agentliyi, Milli.az-a istinadən xəbər verir ki,

Son zamanlarda adını tez-tez eşitdiyimiz və sızanaqdan qara nöqtələrə qədər bütün dəri problemlərinə qarşı yaxşı təsir edən çay ağacı yağı nədir, necə istifadə ediməsini sizlər üçün araşdırdıq. Məhz bütün detalları ilə çay ağacı yağının faydaları…

Milli.Az deyerler.org-a istinadən bildirir ki, çay ağacı yağı, Avstraliyada yetişən Hind dəfnəsi bitkisindən əldə edilir.

 

Bəs, çay ağacı yağının faydaları nələrdir?

– Antibakteriyal xüsusiyyəti ilə dəri üzərindəki bakteriyaları öldürür.

– Sızanaqların azalmasına, iltihablı olan böyük sızanaqların şişməsinə maneə törədir.

– Ağız yaraları və uçuğun yaxşılaşma müddətini sürətləndirir.

– Quruyan saç dərisinin nəmləndirməyə, kəpəklərin azalmasına köməkçi olur.

– Dırnaq batması sonrasında yaranan iltihabın yayılmasını önləyir.

 

Bəs, çay ağacı yağı necə istifadə edilər?

Birdən çox faydası olan çay ağacı yağının tətbiq edəcəyiniz bölgəyə görə istifadə təlimatları dəyişir.

Məsələn: üzünüzdə çıxan sızanaqların üzərinə qulaq çubuğu köməyilə bir neçə damla əlavə edə bilərsiniz.

Saçlarınızın qayğısına qalmaq üçün istifadə etmək istəyirsinizsə, saçlarınızı duruladığınız suyun içərisinə 5-6 damla əlavə edə bilərsiniz.

Uçuq müalicəsində isə, bir stəkan suyun içərisinə 2 damcı qatın. Daha sonra qarışdırıb uçuq olan bölgəyə sürtün.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini “Telegram”da izləyin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp